09 Dekabr 2021, Cümə axşamı - 11:32

Milli komandamız dünya çempionatına hazırlaşır

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib. Boks Mərkəzində təşkil olunan məşqlər Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Toplanışa 20-yədək boksçu dəvət edilib. Komandaya tezliklə millimizin hərbçilərin dünya çempionatında mübarizə aparmış üzvləri də qoşulacaqlar. Mundial 13 çəki dərəcəsində keçiriləcəyindən məşqçilər korpusu yarışa 1 həftə qalmış heyəti müəyyənləşdirəcək.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 24-dən noyabrın 6-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası