19 İyun 2019, Çərşənbə - 03:00

Boksçularımız Debretsendən uğurla qayıdıblar

Macarıstanın Debretsen şəhərində İstvan Boçkainin şərəfinə həsr olunan 60-cı memorial turniri yekunlaşıb. Yarışda iştirak edən boksçularımız yekunda ölkəmizə uğurla qayıdıblar. Komandamızın heyətində 56 kq çəki dərəcəsində çıxış edən Tayfur Əliyev bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançımız finalda böyük britaniyalı Aşfaq Qaisdadı məğlubiyyətə uğradıb. 75 kq-da döyüşən Kamran Şahsuvarlı finalda fransalı Kristian Mbiliyə uduzaraq gümüş medalla kifayətlənib. 64 kq çəkidə mübarizə aparan Lorenso Sotomayor isə finalda qazaxıtanlı Ablayxan Yusupova məğlub olaraq gümüş medal qazanıb. Komandamızın liderlərindən olan Teymur Məmmədov (81 kq) yarımfinalda uduzaraq bürünc medalla vətənə qayıdıb. Beləliklə,  Azərbaycan boksçuları yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olublarbockai.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası