09 Dekabr 2021, Cümə axşamı - 12:00

Boksçularımız beynəlxalq turnirdə iştirak edəcək

Sentyabrın 15-də Rusiyanın Krasnodar şəhərində gənc boksçular arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnir start götürəcək. 4 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Komandamız səfərə baş məşqçi Əsgər Eyvazovun rəhbərliyi altında yollanıb. Məşqçilər korpusu turnirdə Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Zaur Qəhrəmanov (60 kq) və Fətəli İsmayılova (86 kq) şans verəcək.

Millimiz sentyabrın 19-da Vətənə qayıdacaq.

Qeyd edək ki, yarış Monteneqronun Budva şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası