14 İyul 2020, Çərşənbə axşamı - 14:56

Boksçularımız Avropa çempionatını uğurla başa vurdular

Polşanın Kolobjek şəhərində Boks üzrə gənclərin Avropa çempionatında Azərbaycan idmançıları uğurlu çıxışları ilə bir daha Avropanın ən güclülərindən olduqlarını nümayiş etdiriblər. Boksçularımızdan 49 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Ruslan Rüstəmov yarımfinala qədər uğurla irəliləyib. Bu mərhələdə boksçumuzun rəqibi erməni idmançısı Alen Danielyan olub. Rüstəmov rəqibini məğlub edərək Avropa çempionatının finalına yüksəlib. Finalda boksçumuzun rəqibi irlandiyalı Stefan Makkenna olub. Güclü rəqibini məğlub edən Ruslan Rüstəmov qalib gələrək Avropa çempionu olub. İdmançımız eyni zamanda Avropa çempionatının ən texnikalı boksçusu seçilib. 60 kqda çıxış edən idmançımız Elməddin İsmayılov Avropa çempionatını bürünc medalla başa vurub. 69 kq çəki dərəcəsində yarışan təmsilçimiz İsmayıl Hüseynov isə qızıl medal uğrunda görüşdə boksçumuz irlandiyalı Maykl Nevinle qarşılaşmalı olsa da, idmançımızın zədələnməsi bu görüşə çıxmasına imkan verməyib. Beləliklə, Azərbaycan komandası Avropa çempionatını 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası