09 Dekabr 2021, Cümə axşamı - 11:40

Boksçularımız Avropa çempionatına yollanıb

Oktyabrın 15-də Monteneqronun Budva şəhərində gənc boksçular arasında Avropa çempionatı start götürəcək. 9 gün davam edəcək yarışda Azərbaycan milli komandası da qüvvəsini sınayacaq.

Yığmamız çempionata baş məşqçi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılovla Şahin İmranovun rəhbərliyi altında 9 boksçu ilə yollanıb. Yarışda Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Kamil Babayev (54 kq), Tacı Tağızadə (57 kq), Zaur Qəhrəmanov (60 kq), Qulu Quliyev (63,5 kq), Nicat Qurbanov (71 kq), Fətəli İsmayılov (86 kq) və Rəşid Məmmədov (92 kq) qüvvəsini sınayacaq.

Budvada Fuad Aslanov isə hakim kimi ölkəmizin idman şərəfini qoruyacaq.

Qeyd edək ki, bu gün səfərə çıxan komandamız oktyabrın 24-də Bakıya qayıdacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası