19 Avqust 2019, Bazar ertəsi - 18:04

Boks üzrə Azərbaycan çempionatına yekun vurulub

image image image imageAzərbaycan Boks Mərkəzində keçirilən böyüklər arasında respublika çempionatına yekun vurulub. 6 gün davam edən gərgin yarışlardan sonra 10 çəki dərəcəsində 2015-ci ilin ən güclü idmançıları müəyyənləşib. 49 kq çəki dərəcəsində “Gilan” komandasının idmançıları Araz İmaməliyev və Salman Əlizadənin qarşılaşmasında İmaməliyev qələbə qazanaraq qızıl medal əldə edib. 52 kq-da “Gilan” və “Rabitə” klublarının idmançıları Kamran Məlikov və Məsud Yusifzadənin duelində Yusifzadə qalib gəlib və ölkə çempionu olub. 56 kq çəki dərəcəsində inamla finala qədər irəliləyən Tural Əhmədov birincilik görüşündə Ümid Rüstəmova məğlub olaraq gümüş medalla kifayətlənib. 60 kq-da qızıl medal uğrunda yarışan İlkin Ağayev və Elməddin İsmayılovun duelində “Rabitə” təmsilçisi İsmayılov qalib gəlib. 64-də “Gilan” komandasının iki boksçusunun qarşılaşması yaddaqalan olub. İman Əhmədli gərgin keçən döyüşdə Xəzər Əliyevi məğlub edib və Azərbaycan çempionu olub. 69 kq çəki dərəcəsində də tamaşaçılar “Gilan” idmançılarının duelini izləyiblər. Elnur Süleymanov komanda yoldaşı Pərviz Hüseynovu məğlubiyyətə uğradıb. 75 kq çəkidə “Baku Fires” komandasının iki idmançısı ilk iki yeri bölüşüb. Nikolay Veselov birinci, Zaurbek İbrahimov ikinci olub. 81 kq-da Orxan Mayıllı Soltan Migitinovu məğlub edərək Azərbaycan çempionu olub. 91-də Rahil Məmmədli Heydər Heydərovu, super ağır çəkidə isə Kamran Mehdiyev Asəf Aslanlını məğlub edərək turnirin baş mükafatını qazanıb. Yekun nəticəyə əsasən “Gilan” komandası ölkə çempionatını birinci, “Rabitə” klubu ikinci, “Baku Fires” isə üçüncü sırada başa vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası