04 Mart 2021, Cümə axşamı - 12:51

Boks idman növü Krakov-2023-ün proqramına daxil edilib

Boks idman növü Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarının proqramına daxil edilib. Bununla bağlı Avropa Olimpiya Komitəsi və təşkilatçılar qərar veriblər.

Boksçular əvvəlki Avropa Oyunlarında da mübarizə aparıblar. 2015-ci ildə Bakıda və 2019-cu ildə Minskdə bu idman növü üzrə mükafatçılar bəlli olub.

Bununla da Krakov-2023-də idman növlərinin sayı 8-ə çatıb. Daha öncə badminton, çimərlik həndbolu, avarçəkmə, karate, müasir beşnövçülük, atıcılıq və taekvondo proqrama daxil olunub. Digər növlərlə bağlı yaxın müddətdə yekun qərar veriləcək.

Qeyd edək ki, Azərbaycan boksçuları Bakı-2015-də 11 (6-1-4), Minsk-2019-da 2 (1-0-1) medal qazanıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası