11 İyul 2020, Şənbə - 15:45

Boks Avropa Oyunlarının proqramında saxlanılıb

2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının tarixi və proqramı dəqiqləşib. Bakı-2015-də olduğu kimi növbəti yarışda da boksçular güclərini yoxlayacaqlar.

Bu barədə qərar Avropa Olimpiya Komitəsinin Makedoniyanın paytaxtı Skopyedə baş tutan seminarında verilib.

Yarışlar iyunun 21-də start götürüb 30-da başa çatacaq. Açılış və bağlanış mərasimləri Minskin “Dinamo” stadionunda keçiriləcək. Boksçular isə “Uruçye” İdman Sarayında qitənin ən güclüsünü müəyyənləşdirəcəklər.

Ümumilikdə II Avropa Oyunlarının proqramına 16 idman növü daxil edilib. Bunlardan boks da daxil olmaqla 11-i (atletika, boks, velosiped idmanı, badminton, çimərlik voleybolu, karate, cüdo, atıcılıq, avarçəkmə, stolüstü tennis, kamandan oxatma) Tokio Yay Olimpiya Oyunlarına lisenziya və ya lisenziya xalları vermək baxımından əhəmiyyətli olacaq. Yalnız 5 növ – gimnastika, güləş, sambo, basketbolun 3X3 növü və çimərlik futbolu bu mənada fərqlənəcək. Son 3 növ ümumiyyətlə Olimpiya proqramına daxil deyil.

Bakıda keçirilən I Avropa Oyunları ilə müqayisədə aerobika, voleybol, su idman növləri (su polosu, üzgüçülük, sualtı üzgüçülük, sinxron üzgüçülük, suyatullanma), triatlon, qılıncoynatma, taekvondo və dağ velosipedi növləri üzrə yarışlar olmayacaq.

İdmançılar Tələbələr Kəndində məskunlaşacaqlar. Oyunlara 4000 idmançı və 2000 rəsmi şəxsin qatılacağı gözlənilir. Yarışın devizi “Bright You” (Parlaq Sən) olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası