Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirin hakimləri, xarici qonaqlar və Azərbaycan Boks Federasiyasının nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Türk şəhid əsgərlərinin xatirəsinə ucaldılmış abidə də ziyarət olunub.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir bu gün start götürəcək və aprelin 1-də başa çatacaq.