15 Avqust 2020, Şənbə - 03:27

Beynəlxalq turnirin qonaqları Heydər Əliyev Muzeyində olublar

Naxçıvanda yeniyetmə oğlan boksçular arasında keçirilən “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirinin qonaqları bu gün keçiriləcək açılış mərasimindən öncə Heydər Əliyev Muzeyində olublar. Azərbaycan və Naxçıvan boks federasiyalarının rəsmiləri, yarışa qatılan milli komandaların məşqçi heyəti və üzvləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Onlar ardınca Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər və eksponatlarla tanış olublar.

Qeyd edək ki, iyunun 11-də start götürən turnir ayın 14-də başa çatacaq. Yarışın rəsmi açılış mərasimi isə bu gün saat 15:00-da olacaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası