22 İyul 2018, Bazar - 18:05

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti istefa verib

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu vəzifəsini tərk etməyə qərar verib. Bu barədə AİBA-nın rəsmi saytı xəbər yayıb.

Vu bildirib ki, bütün ömrünü həsr etdiyi sevimli idman növü naminə istefa vermək düzgün addımdır: “Mən postumdan AİBA-nın və boksun maraqlarına görə ayrılıram. İndi mən rəhbər postun tədricən yeni əllərə keçməsini təmin etməliyəm. Xidmət etməyim üçün imkan yaradan AİBA və bütün boks ictimaiyyətinə minnətdaram”.

Vunun qərarından sonra AİBA rəhbərliyi razılaşıb ki, məhkəmədən şikayəti geri götürsün və İntizam Komitəsinin məsələ ilə bağlı işini dayandırsın.

Avropa Boks İttifaqının prezidenti Franko Falçinelli Dubayda keçiriləcək konqres öncəsi AİBA-nın İcraiyyə Komitəsindən Vunun assosiasiyasının fəxri prezidenti təyin olunmasını xahiş edəcək.

Qeyd edək ki, Vu 11 il öncə AİBA-nın prezidenti postunda pakistanlı Ənvər Çaudrini əvəzləyib. Noyabrın əvvəlində İcraiyyə Komitəsi onun vəzifədən kənarlaşdırılması barədə qərar qəbul edib. Müvəqqəti prezident vəzifəsi isə Falçinelliyə həvalə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası