12 Dekabr 2019, Cümə axşamı - 18:30

Bəxtiyar Qazıbəyov qazaxıstanlı boksçu ilə qarşılaşıb

Boks üzrə Azərbaycan milli komandasının daha bir üzvü Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında mübarizəyə qoşulub. 63 kq çəki dərəcəsində çıxış edən Bəxtiyar Qazıbəyov 1/32 final mərhələsində Qazaxıstan təmsilçisi Zakir Safyullinlə üz-üzə gəlib.

Görüş idmançımız üçün uğursuz alınıb. B.Qazıbəyov 0:5 (28:29, 28:29, 26:30, 26:30, 28:29) hesabı ilə məğlub olub.

Qeyd edək ki, mundialın əvvəlki günlərində rinqə çıxan Tayfur Əliyev (57 kq) və Amin Kuşkov (75 kq) 1/16 finala yüksəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası