27 İyul 2021, Çərşənbə axşamı - 21:52

Azərbaycanlı hakim və həkim Tokio-2020-yə dəvət alıblar

Beynəlxalq Olimpiya Komitəsi (BOK) azərbaycanlı hakim və həkimə etimad göstərib. BOK 2 həmyerlimizi Tokio Yay Olimpiya Oyunlarına dəvət edib.

İyulun 24-dən avqustun 8-dək “Ryoqoku Kokuqikan” İdman Sarayında keçiriləcək boks yarışlarında ədaləti qoruyacaq referilər arasında beynəlxalq dərəcəli hakim Anar Babanlı da olacaq.

Olimpiadanın boks yarışlarında isə Leyla Nəsirova həkim kimi çalışacaq.

Qeyd edək ki, yığmamız Tokio-2020-də 5 boksçu ilə mübarizə aparacaq. Ölkəmizin idman şərəfini Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) qoruyacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası