31 Yanvar 2023, Çərşənbə axşamı - 10:48

Azərbaycan yığması Serbiyada Millətlər kubokunda mübarizə aparacaq

Yanvarın 17-22-də Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında Millətlər kuboku keçiriləcək. İlin ilk yarışında Azərbaycan millisi baş məşqçi Yadigar Məmmədov və İlkin Ağayev rəhbərliyi altında 4 yaş kateqoriyasında mübarizə aparacaq.

14 ölkənin qatıldığı turnirdə Səma Hüseynova (54 kq) məktəblilərin, Banuçiçək Nəsirli (46 kq) yeniyetmələrin, Aysu İsmayılova, Lalə Mədətova (hər ikisi 48 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) gənclərin yarışında qüvvələrini sınayacaqlar.

Böyüklərin mübarizəsində isə rinqə Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq), Məhsəti Həmzəyeva (57 kq), Esmira Məmmədova (63 kq) və Şəhla Allahverdiyeva (66 kq) çıxacaqlar.

Bu gün səfərə yollanan milli komanda yanvarın 23-də Bakıya qayıdacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası