30 Sentyabr 2022, Cümə - 12:37

Azərbaycan yığması Millətlər kubokunda 3 qızıl və 2 gümüş medal qazanıb

Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında Millətlər kubokuna yekun vurulub. Azərbaycan milli komandası 18 ölkədən 151 idmançının qatıldığı ənənəvi yarışda 3 qızıl və 2 gümüş medal qazanıb.

Məşqçi Ağası Məmmədovun rəhbərlik etdiyi yığmanın heyətində Bilal Nəzərov (46 kq) bütün rəqiblərindən güclü olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun çəki dərəcəsində Faiq Mollayev ikinci yeri tutub.

50 kq çəki dərəcəsində Tağı Nəsibov da qızıl medala yiyələnib. O, finalda Daniel İrofteni (Rumıniya) 4:1 (30:27, 29:28, 30:27, 28:29, 30:27) hesabı ilə məğlub edib. Nəsibov bu qələbə ilə 1/4 finalda komanda yoldaşı Vaqif Hacıyevə qalib gələn rumından revanş da alıb.

Məhəmmədəli Qasımzadə (57 kq) də Vrbasda Azərbaycan himini səsləndirib. Boksçumuz finalda Arun Tudoroiu (Rumıniya) üzərində 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə inamlı qələbə qazanıb və qızıl medala layiq görülüb.

54 kq-da çıxış edən Məhəmmədəli Aşırəliyev (54 kq) isə ikinci yerlə kifayətlənib. Onun çəkisində Aydar Kadirxan (Qazaxıstan) çempion olub.

Beləliklə, 3 qızıl və 2 gümüş medal qazanan Azərbaycan yığması Millətlər kubokunda komanda hesabında 3-cü yeri tutub. Məşqçi Ağası Məmmədov bu nəticəyə əsasən kubokla mükafatlandırılıb. 57 kq-da yarışın qalibi olan Məhəmmədəli Qasımzadə həm də ən döyüşkən boksçu kimi xüsusi mükafata sahib olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası