26 Sentyabr 2020, Şənbə - 00:12

Azərbaycan yığması Avropa çempionatında tam heyətlə təmsil olunacaq

Sentyabrın 4-də Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatı start götürəcək. 7 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək.

Komandamız qitə birinciliyində tam heyətlə təmsil olunacaq. Yığmanın baş məşqçisi Əsgər Eyvazov yarışda Ruslan Qədirov (49 kq), Maqsud Xasmetov (52 kq), Əzrək Bəbirov (56 kq), Eldar Babayev (60 kq), Rəşid Həsənov (64 kq), Səlim Səlimov (69 kq), İror Platov (75 kq), Murad Allahverdiyev (81 kq), Əsəd Baxşıyev (91 kq) və Fuad Cəfərova (+91 kq) şans verəcək.

Təlim-məşq toplanışını başa vuran boksçularımız artıq Sofiyaya yollanıblar.

Qeyd edək ki, Avropa birinciliyində püşkatma mərasimi sentyabrın 3-də olacaq. Təsnifat mərhələsinin döyüşləri ayın 4-8-də, yarımfinal görüşləri sentyabrın 9-da keçiriləcək. Çempionatın qaliblərinin adları isə ayın 10-da bilinəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası