17 İyun 2021, Cümə axşamı - 22:11

Azərbaycan lisenziya sayında Avropada üçüncü olub

Kişi boksçulardan ibarət Azərbaycan millisi Avropa Olimpiya Təsnifat Turnirində qazanılan lisenziya sayında 3-cü olub.

Ötən il Böyük Britaniyanın paytaxtı Londonda başlayan, koronavirus pandemiyası üzündən dayandırılaraq bu il Fransanın paytaxtı Parisdə davam etdirilən yarışda ümumilikdə kişilərin 8 çəki dərəcəsində 50 vəsiqə sahibini tapıb.

5 vəsiqə qazanan yığmamız yalnız Böyük Britaniya və Rusiya Olimpiya Komitəsindən geri qalıb. Bu iki ölkə 7 lisenziya qazanıb.

Ümumilikdə isə turnirdə 18 ölkə Tokio-2020-yə vəsiqə əldə edib.

Dünya Olimpiya Təsnifat Turniri isə ləğv olunduğundan 32 lisenziya reytinqə əsasən veriləcək.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) Olimpiadada iştirak hüququ qazanıb.

1-2. Böyük Britaniya – 7
Rusiya Olimpiya Komitəsi – 7
3. Azərbaycan – 5
4-5. İspaniya – 4
Fransa – 4
6-9. Belarus – 3
Gürcüstan – 3
İrlandiya – 3
Ukrayna – 3
10-11. Almaniya – 2
Ermənistan – 2
12-18. Xorvatiya – 1
Macarıstan – 1
Niderland – 1
Polşa – 1
Rumıniya – 1
Slovakiya – 1
Türkiyə – 1

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası