19 Avqust 2019, Bazar ertəsi - 19:04

Azərbaycan, Gürcüstan və İran boksçuları təlim-məşq toplanışındadır

image image 2015-ci ili tarixi uğurlarla başa vuran boks üzrə milli komandamız artıq yeni ilə də ciddi hazırlıqlarla start verib. Belə ki, müəyyən müddətlik fasilədən sonra idmançılarımız baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında təlim-məşq toplanışındadır. Bu dəfəki hazırlığa iki komanda cəlb olunub. Mərakeş milli komandasından sonra Gürcüstan və İran komandaları da paytaxtımızın qonağıdır. Adıçəkilən ölkələrin boksçuları Azərbaycan idmançıları ilə birlikdə məşqləri davam etdirirlər. Komandamız hazırlıq prosesini tam heyətlə davam etdirir. Qeyd edək ki, təlim-məşq toplanışına bir müddət əvvəl yekunlaşan Azərbaycan çempionatının qalibləri də daxil edilib.

Qeyd edək ki, boksçularımızı qarşıda iki beynəlxalq turnir gözləyir. Onlar əvvəlcə Macarıstan, daha sonra isə Bolqarıstanda rinqə çıxacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası