09 Dekabr 2021, Cümə axşamı - 10:22

Azərbaycan dünya çempionatlarında 20-ci medalını qazanıb

Məhəmməd Abdullayev Azərbaycan boks yığmasının tarixinə düşüb. Onun Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında qazandığı bürünc medal 2 yubileylə əlamətdar olub.

+92 kq çəkidə mübarizə aparan “Baku Fight Lab”ın üzvü yarımfinalda uduzaraq, bu yubileyləri rəsmiləşdirib. Onun əldə etdiyi üçüncülük Azərbaycan boks tarixinə dünya çempionatlarında qazanılan 10-cu bürünc kimi düşüb. Sayca 21-ci mundialda qazanılan bu medal boksçularımızın həm də 20-ci mükafatıdır.

Qeyd edək ki, Abdullayev dünya çempionatında fəxri kürsüyə yüksələn 17-ci Azərbaycan boksçusudur. Sabah millimizin üzvü Alfonso Dominqes (86 kq) final görüşünə çıxacaq. Bu gün axşam saatlarında isə Sərxan Əliyev (71 kq) yarımfinal döyüşünü keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası