15 Dekabr 2018, Şənbə - 18:09

Azərbaycan çempionatı: 1/8 final mərhələsi başa çatıb

Kişi boksçular arasında Azərbaycan çempionatında III günün döyüşləri başa çatıb. 28 komandanın 138 idmançısının qatıldığı yarışda bu gün 20 qarşılaşma keçirilib. Bununla da 1/8 final mərhələsi yekunlaşıb.
Belə ki, 69 kq çəki dərəcələrində yarımfinalçılarının adlarına aydınlıq gəldiyi halda, 60 kq və 64 kq çəki dərəcələrində 1/4 finala yüksələn boksçular müəyyənləşib. Milli üzvlərindən Cavid Çələbiyev (60 kq), Elvin İsayev (64 kq) və Lorenzo Sotomayor (69 kq) debütdə çətinliklə üzləşməyiblər.
Sabah – çempionatın IV günündə isə 18 görüş olacaq. Bakı Boks Mərkəzində keçiriləcək döyüşlər saat 14:00-da başlanacaq.

Azərbaycan çempionatı
III gün
60 kq

Cavid Çələbiyev (“Qəbələ” İK) – Əlvan Məmmədov (“Gömrükçü” İK) – birinci tam üstünlüklə qələbə qazanıb
Ramiz Məmmədov (BFL) – Cəbi İsayev (Naxçıvan) – ikinci diskvalifikasiya olunub
Nəbi İsgəndərov (DİN İC) – Samir Muradov (Sumqayıt) – tam üstünlüklə qələbə qazanıb
Tural Əhmədov (“Gömrükçü”) – Sərxan Qurbanzadə (“Qızıl əlcək”) – 1:4
Ruslan Rüstəmov (BFL) – Əfsəddin Əlizadə (“Kür” İK) – birinci tam üstünlüklə qələbə qazanıb
Orxan Həsənov (“Sədərək” İK) – Cavid Əhədzadə (“Gömrükçü” İK) – birinci tam üstünlüklə qələbə qazanıb
Sərxan Əliyev (“Sədərək” İK) – Kənan Kazımov (“Gömrükçü” İK) – birinci tam üstünlüklə qələbə qazanıb
Vüsal Verdiyev (“Qəbələ” İK) – Malik Həsənov (DİN İC) – 5:0

64 kq

Elvin İsayev (“Gömrükçü” İK) – Elməddin İsmayılov (MOİK) – 5:0
Mirhüseyn Nəsirzadə (“Orion” İK) – İbrahim Cəfərzadə (Naxçıvan) – 0:5
Hacımurad Qomarov (Balakən) – Ağarəhim Ağakərimov (Qusar) – birinci tam üstünlüklə qələbə qazanıb
Niyaməddin Allahverdiyev (DİN İC) – Pərvin Heydərov (“Qızıl əlcək” İK) – 0:4
Bəxtiyar Qazıbəyov (BFL) – Xanbala Qurbanov (“Kür” İK) – 5:0
Saleh Məmmədov (MOİK) – Seymur İsayev (“Gömrükçü” İK) – 0:5
Rəsul Əsgərov (“Qızıl əlcək” İK) – Elvin Qarayev (“Neftçi” İK) – birinci tam üstünlüklə qələbə qazanıb
Şamil Həbibov (BFL) – Elnur Əliyev (DİN İC) – birinci tam üstünlüklə qələbə qazanıb

69 kq

Lorenzo Sotomayor (“Qəbələ” İK) – Samir İbrahimov (Şəmkir) – 5:0
Səbuhi Abışov (MOİK) – Elnur Süleymanov (“Sədərək” İK) – 0:5
Kamran Qəhrəmanov (DİN İC) – Nicat Həsənov (“Qızıl əlcək” İK) – 0:3
Xəyyam Məmmədov (“Orion” İK) – Hidayət Musayev (BFL) – 2:3

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası