21 Sentyabr 2019, Şənbə - 12:51

Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatına start verilib. İlk yarış günündə Azərbaycan milli komandasının bir üzvü rinqə çıxıb.

Mundialda debüt edən Amin Kuşkov (75 kq) mübarizəyə 1/32 final mərhələsindən başlayıb. Təmsilçimiz türkmənistanlı Nursahat Pazziyevlə qarşılaşıb. Döyüş A. Kuşkovun 4:1 (30:26, 30:27, 28:29, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.

O, növbəti mərhələdə ilk qarşılaşmadan azad olan rusiyalı Qleb Bakşi ilə döyüşəcək. Görüş sentyabrın 14-də baş tutacaq.

Qeyd edək ki, milli üzvlərindən sabah rinqə çıxan olmayacaq. Yarışın üçüncü günündə isə Tayfur Əliyev (57 kq) Tiaqo Puqno (İsveçrə) ilə qüvvəsini sınayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası