24 İyul 2019, Çərşənbə - 00:02

Azərbaycan boksçusu Avropa Oyunlarının qalibi olub

Azərbaycan boksçusu Alfonso Dominqes Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarında çempion tituluna yiyələnib. Yığma üzvü final döyüşünündə də rəqibinə şans verməyim.

Həlledici qarşılaşma 81 kq çəki dərəcəsində çıxış edən təmsilçimizin “Ureçye Arena”da beşinci qarşılaşması olub. Bunadək ukraynalı Stefan Hrekulu 3:0, belaruslu Mixail Dauhalyavetsi 5:0, belçikalı Ziad El Mohoru 5:0, yarımfinalda isə italiyalı Simone Fiorini 4:1 hesabı ilə məğlub edən boksçumuz böyük britaniyalı Bencamin Vittakerlə görüşüb. Boksçumuz 3:2 hesabı ilə qələbə qazanıb. Bununla da idmançımız Avropa çempionatı statusunu da daşıyan yarışın çempionu adına yiyələnib.

Bu, Azərbaycan boks millisinin Avropa Oyunlarında ikinci medalı olub. A.Dominqesə qədər Lorenzo Sotomayor yarışların bürünc mükafatını əldə edib. 69 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz yarımfinalda uduzaraq üçüncü olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası