18 Oktyabr 2017, Çərşənbə - 04:04

Azərbaycan boksçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında keçirilən Avropa çempiontında yarımfinal görüşləri başa çatıb. Azərbaycan millisinin üzvü Kamran Şahsuvarlı bu mərhələdə macarıstanlı Zoltan Harcsa ilə qarşılaşıb.

75 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız növbəti döyüşdən də qalib ayrılıb. O, Harcsanı 4:1 hesabı ilə məğlub edib.

Şahsuvarlı sabah baş tutacaq finalda ukraynalı Aleksandr Xijnyakla üz-üzə gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası