21 Sentyabr 2019, Şənbə - 12:54

Azərbaycan boksçularının dünya çempionatında ilk rəqibləri məlum olub

Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək boks üzrə dünya çempionatının püşkü atılıb. 78 ölkədən 365 idmançının qatılacağı mundialda Azərbaycan yığmasının üzvlərinin də ilk rəqibləri bəlli olub.

Millimizin heyətində 4 boksçumuz 1/32, digər 4-ü 1/16 finaldan yarışa qoşulacaqlar.

Qeyd edək ki, dünya çempionatı yeni qaydalara əsasən 8 çəkidə təşkil olunacaq. Yekaterinburqda EXPO Arenada baş tutacaq yarışda təsnifat mərhələsinin döyüşləri sentyabrın 9-17-də keçiriləcək. Ayın 18-də boksçular 1/4 final mərhələsinin qarşılaşmalarına çıxacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblərin adına isə ayın 21-də aydınlıq gələcək.

9 sentyabr
1/32 final
75 kq. Amin Kuşkov – Nursahat Pazziyev (Türkmənistan)

11 sentyabr
1/32 final
57 kq. Tayfur Əliyev – Tiaqo Puqno (İsveçrə)

12 sentyabr
1/32 final
63 kq. Bəxtiyar Qazıbəyov – Zakir Safyullin (Qazaxıstan)

13 sentyabr
1/32 final
69 kq. Lorenzo Sotomayor – Ceyson Mallia (Avstraliya)

14 sentyabr
1/16 final
52 kq. Məsud Yusifzadə – Səid Mortaji (Mərakeş)

15 sentyabr
1/16 final
81 kq. Dominqes Alfonso – Qazimaqomed Calidov (İspaniya)/Aleksandar Markoviç (Serbiya)
91 kq. İsmayıl Yaqubov – Marat Qriqoryan (Ukrayna)

16 sentyabr
1/16 final
+91 kq. Məhəmməd Abdullayev – Danabieke Bayıkevuzi (Çin)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası