01 İyul 2022, Cümə - 01:47

Azərbaycan boksçuları Rumıniyada beynəlxalq turnirdə mübarizə aparacaq

İyunun 21-də Rumıniyanın Georgeni şəhərində yeniyetmə və məktəbli boksçular arasında beynəlxalq turnir start götürəcək. 6 gün davam edəcək yarışa Azərbaycan milli komandası da qatılacaq.

Yığmamız oğlan və qız boksçular arasında keçiriləcək turnirdə 8 idmançı ilə təmsil olunacaq. Yeniyetmə oğlanların yarışında Faiq Mollayev (48 kq), Tacı Nəsibov (50 kq), Məhəmmədəli Aşırəliyev (54 kq) və Məhəmmədəli Qasımzadə (57 kq) qalib adı uğrunda mübarizə aparacaq. Komandaya məşqçi Ağası Məmmədov rəhbərlik edəcək.

Qız boksçuların yarışında isə ölkəmizin idman şərəfini Aysu İsmayılova (46 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (70 kq) qoruyacaqlar. Onlar rinqə baş məşqçi Yadigar Məmmədovun rəhbərliyi altında çıxacaqlar.

İyunun 20-də səfərə yollanacaq yığma ayın 27-də Vətənə qayıdacaq.

Qeyd edək ki, turnirdə iyunun 20-də püşkatma olacaq və ertəsi gün ilkin döyüşlərə start veriləcək. Final görüşləri isə iyunun 26-da olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası