19 İyun 2019, Çərşənbə - 02:37

Azərbaycan boksçuları Kutaisidə 14 medal qazanıblar

Gürcüstanın Kutaisi şəhərində gənc boksçular arasında beynəlxalq turnir keçirilib. Yarışda ev sahibləri 2 komanda ilə mübarizə apardığı halda, Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan milliləri ən güclü idmançılarla çıxış edib.

Baş məşqçi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılovla Şahin İmranovun rəhbərlik etdiyi komanda qonşu ölkədə 4 qızıl, 2 gümüş və 8 bürünc medal qazanıb.

Yeni məşqçilər korpusunun ilk sınağında Maqsud Xasmetov (52 kq), Rəşid Həsənov (64 kq), Murad Allahverdiyev (81 kq) və Əhməd Əhmədov (+91 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Milli üzvlərinin heyətində yer aldığı MOİK-in də qatıldığı turnirdə Əli Zamanovla (52 kq) Rüfət Nəbiyev (75 kq) yalnız finalda məğlub olaraq, ikinci yeri tutublar.

Komandamızın digər boksçularından Ruslan Qədirov, Həsənağa Fətullayev (hər ikisi 49 kq), Əzrək Bəbirov (56 kq) Eldar Babayev (60 kq), Samir Nəsirov (69 kq), Həsən Osmanlı (81 kq), Akif Həsənov (81 kq) və Fuad Cəfərov (+91 kq) bürünc medala sahib olublar.

Yığmamız bu nəticə ilə turnirdə komanda hesabında birinci yeri tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası