01 İyul 2022, Cümə - 02:16

Azərbaycan birinciliyində yarımfinalçılar müəyyənləşib

Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan boks üzrə məktəbli oğlan və qızlar arasında Azərbaycan birinciliyində 1/4 final mərhələsinin görüşləri başa çatıb. Boks Mərkəzində baş tutan 44 döyüşün nəticəsinə əsasən yarımfinal yüksələn idmançılar bəlli olub.

40 kq, 42 kq, 48 kq, 50 kq, 52 kq, 54 kq, 57 kq, 60 kq, 63 kq, 90 kq və 90 kq çəki dərəcələrində qələbə qazanan oğlan boksçular mərhələ adlamaqla yanaşı, özləri üçün ən azı bürünc medalı da təmin ediblər. Bir gün öncə isə 44 kq, 46 kq, 66 kq, 70 kq və 75 kq çəki dərəcələrində də 1/2 finalçılar müəyyənləşib.

Azərbaycan birinciliyində yarımfinal döyüşlərinə iyunun 21-də olacaq. Görüşlər saat 13:00-da başlanacaq.

Qeyd edək ki, birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 70 komandanın 369 boksçusu qatılıb. Yarışın qaliblərinin adları iyunun 22-də bəlli olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası