01 İyul 2022, Cümə - 03:22

Azərbaycan birinciliyində 1/8 final mərhələsi başa çatıb

Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan boks üzrə məktəbli oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir. Yarışın dördüncü günündə 1/8 final mərhələsinə yekun vurulub.

Oğlan boksçular arasında gərgin keçən görüşlərdən sonra daha 4 – 42 kq, 50 kq, 57 kq və 63 kq çəki dərəcələrində 1/4 finala yüksələn idmançılar bəlli olub. Həmçinin 44 kq, 46 kq, 66 kq, 70 kq və 75 kq çəki dərəcələrində 1/2 finalçılar dəqiqləşib.

Boksçular 11 çəki dərəcəsində isə yarımfinal uğrunda döyüşlərə iyunun 20-də çıxacaqlar. Bakı Boks Mərkəzində baş tutacaq 1/4 final görüşlərinə saat 13:00-da start veriləcək.

Qeyd edək ki, birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 70 komandanın 369 boksçusu qatılıb. Yarışın qaliblərinin adları isə iyunun 22-də bəlli olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası