01 İyul 2022, Cümə - 02:20

Azərbaycan birinciliyində 1/16 final mərhələsi başa çatıb

Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan boks üzrə məktəbli oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir. Bakı Boks Mərkəzində təşkil olunan yarışın ikinci günündə daha 71 görüş keçirilib.

40 kq, 42 kq, 48 kq, 50 kq, 54 kq və 63 kq çəki dərəcələrində qüvvəsini sınayan oğlan boksçular rinqə çıxıblar. Qələbə qazanan idmançılar mərhələ adlayıblar. Bununla da birincilikdə 1/16 final mərhələsi başa çatıb.

İyunun 18-də 9 çəki dərəcəsində 64 döyüş olacaq. Görüşlərə saat 13:00-da start veriləcək.

Qeyd edək ki, birinciliyin qalibləri iyunun 22-də müəyyənləşəcək. Birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 70 komandanın 369 boksçusu qatılıb. Oğlanlar 16, qızlar 13 çəki dərəcəsində mübarizə aparırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası