23 İyul 2018, Bazar ertəsi - 02:15

AİJA Məhəmmədrəsul Məcidovu “altılığ”a daxil edib

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2017-ci ilin idman laureatlarının adlarını açıqlayıb. Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ilin idman təşkilatçısı elan edilib.

Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov ilin idman xadimi seçilib.

AİJA ilin ən yaxşı idmançılarının da adlarını açıqlayıb. Bu il üçüncü dəfə dünya çempionatının qızıl medalına yiyələnən Məhəmmədrəsul Məcidov ilin ən güclü “altılığ”ına daxil edilib.

Qeyd edək ki, boksçumuzun adı Gənclər və İdman Nazirliyinin 2017-ci il üçün fərqləndirdiyi 12 idmançısı siyahısına da salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası