16 May 2021, Bazar - 13:50

AİBA Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib

AİBA-nın prezidenti Umar Kremlyov Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib. Qurum rəhbəri boks ailəsi adından Azad Rəhimovun dünyasını dəyişməsini böyük kədərlə qarşıladığını qeyd edib.

Başsağlığında vurğulanıb ki, Azad Rəhimov uzun və aktiv karyerası ərzində əhəmiyyətli uğurlara nail olub: “O, həyatının uzun illərini Azərbaycanda idmanın inkişafına həsr edən böyük lider olub. Rəhimovun xatirəsi həmişə yaxınları və həmkarlarının ürəyində olacaq. O öz işinə bağlılığı ilə xatırlanacaq. Əminəm ki, Azad Rəhimovun böyük işi davam etdiriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası