19 İyun 2019, Çərşənbə - 02:48

AÇ: Boksçumuz 1/8 finala yüksəlib

Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı davam edir. Yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 üzvü mübarizəyə qoşulub.
Təmsilçilərimizdən Nicat Həsənov (69 kq) Saymonas Banislə (Litva) üz-üzə gəlib. Gərgin keçən döyüş rəqibin qələbəsi ilə başa çatıb – 3:2 (28:29, 29:28, 29:28, 27:30, 30:27).
75 kq çəki dərəcəsində rinqə çıxan Amin Kuşkov isə eyni hesabla qalib gəlib. O, belçikalı Proton de la Şappel Lakelonu 3:2 (28:29, 30:27, 28:29, 30:27, 29:28) hesabı ilə məğlub edib. Boksçumuz 1/8 finalda rusiyalı Aleksey Semikinlə döyüşəcək. Qarşılaşma martın 11-nə təsadüf edəcək.
Qeyd edək ki, martın 10-da millimizin 3 üzvü rinqə çıxacaq. Ruslan Rüstəmov (60 kq) israilli Bişar Sabbarla, Bəxtiyar Qazıbəyov (64 kq) ispaniyalı Adrian Kreusla və Cəbrayıl Yelekov (81 kq) moldovalı Dmitri Koskyuqla gücünü yoxlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası