14 İyul 2020, Çərşənbə axşamı - 14:14

Abbas Ağalarovun xatirəsinə həsr olunan turnirə start verilib

image image image image

Azərbaycan Boks Federasiyasında beynəlxalq yarışa start verilib. Belə ki, Azərbaycan boksunun banilərindən sayılan Abbas Ağalarovun xatirəsinə həsr olunan ənənəvi turnir başlayıb. Yarışda Azərbaycanın  gənc idmançıları ilə yanaşı, Rusiya, İran, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və İsrailin 74 boksçusu qalib adı uğrunda mübarizə aparır. Ölkəmizi turnirdə Elvin Səfərov və Qəzənfər Hacıyev, Seymur İsayev və Elvin Xəlilov , Aqil Qəmbərli, İmaməli Məmmədov, Niyaməddin Allahverdiyev, Ədalət Eminov və başqaları təmsil edirlər. Ümumilikdə, Azərbaycan yarışda hər birində 10 idmançı olmaqla 3 komanda ilə təmsil olunur. Abbas Ağalarov turnirində hakimlərimizdən

Əliağa Ramazanov, Emil Qurbanəliyev, Ceyhun Əbiyev, Anar Babanlı, Elxan Quliyev kimi ədalət təmsilçilərimiz idarəçilik edirlər. Qeyd edək ki, yarışa dekabrın 20-də yekun vurulacaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası