01 İyul 2022, Cümə - 02:05

9 çəki dərəcəsində 1/4 finala yüksələn boksçular bəlli olub

Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan boks üzrə məktəbli oğlan və qızlar arasında Azərbaycan birinciliyində üçüncü günə yekun vurulub. Respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 70 komandanın 369 boksçusunun qatıldığı yarışda bu gün 64 döyüş baş tutub.

Görüşlərdən sonra 40 kq, 44 kq, 46 kq, 48 kq, 52 kq, 54 kq, 60 kq, 80 kq və 90 kq çəki dərəcələrində 1/4 finalçıların adlarına aydınlıq gəlib. Digər çəkilərdə 1/8, həmçinin 5 çəkidə 1/4 final mərhələsinin qarşılaşmaları iyunun 19-da təşkil olunacaq. Görüşlərə saat 13:00-da start veriləcək.

Qeyd edək ki, yarışın qaliblərinin adları iyunun 22-də bəlli olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası