30 Sentyabr 2022, Cümə - 13:57

5 boksçumuz Millətlər kubokunda finala yüksəlib

Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında Millətlər kubokunda yarımfinal mərhələsi başa çatıb. 18 ölkədən 151 idmançının qatıldığı ənənəvi yarışın bu mərhələsində rinqə çıxan Azərbaycan millisinin 5 üzvünün hər biri qələbə qazanaraq finala yüksəlib.

46 kq çəki dərəcəsində mübarizə aparan Bilal Nəzərov yarımfinalda çexiyalı Maksimillian Plaçetka ilə üz-üzə gəlib. Boksçumuz Nikola Maksimoviçin (Serbiya) ardınca bu rəqibini də 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Nəzərov finalda komanda yoldaşı Faiq Mollayevlə qarşılaşacaq.

Mollayev yarımfinalda Nikolas Bonku (Rumıniya) sınağa çəkib. Döyüş təmsilçimizin 4:1 (29:28, 29:28, 29:28, 28:29, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb.

Məşqçi Ağası Məmmədovun rəhbərlik etdiyi komandada Tağı Nəsibov (50 kq) da günü qələbə ilə başa vurub. O, Nikola Mihailoviçdən (Serbiya) sonra italiyalı Françesko Krusillanı da məğlub edib – 4:1 (29:28, 29:28, 28:29, 29:28, 29:28). Nəsibov finalda Daniel İrofte (Rumıniya) ilə üz-üzə gələcək.

Simon Qlorioso (İtaliya) və Dani Qriqorini (Rumıniya) mübarizədən kənarlaşdıran Məhəmmədəli Aşırəliyev (54 kq) yarımfinalda Lukas Kuçera (Çexiya) ilə döyüşüb. Milli üzvü görüşü 5:0 (30:27, 30:26, 30:27, 30:26, 30:25) hesabı ilə aktivinə yazıb. O, çempionluq üçün Aydar Kadirxanla (Qazaxıstan) qüvvəsini sınayacaq.

Məhəmmədəli Qasımzadə (57 kq) də komanda yoldaşlarının uğurunu davam etdirib. Tisiano Alkiati (İtaliya), Daniel Frankı (Macarıstan) məğlub edən boksçumuz 3-cü qarşılaşmada bolqarıstanlı Viktorio İlyevə də 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Onun həlledici qarşılaşmada rəqibi Arun Tudoroiu (Rumıniya) olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası