05 İyul 2020, Bazar - 18:06

Federasiyamızın nümayəndələri ilin ən yaxşıları sırasında

Azərbaycan Gənclər və İdman Nazirliyi 2019-cu ilə yekun vurub. Bununla bağlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunan tədbirdə il ərzində fərqlənən idmançı, məşqçi, hakim, klub nümayəndələri mükafatlandırılıb, həmçinin digər nominasiyalarda ən yaxşılar təltif olunub.

Azərbaycan Boks Federasiyasının (ABF) baş məsləhətçisi Tofiq Babanlı da tədbirdə mükafatlandırılıb. Təcrübəli mütəxəssis ilin ən fəal veteranı seçilib.

Beynəlxalq dərəcəli hakim Emil Qurbanəliyev ədalət təmsilçiləri arasında fərqlənib. O, 2019-cu ilin 3 ən yaxşı referisindən biri kimi mükafat alıb.

ABF-in həkimi Zaur Abdullayev də fərqlənənlər sırada yer alıb. O, ilin həkimi nominasiyasında 2 ən yaxşıdan biri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası