15 Avqust 2020, Şənbə - 03:42

Minsk-2019: Rahil Məmmədli yarışla vidalaşıb

Azərbaycan yığmasının daha bir boksçusu II Avropa Oyunlarında mübarizəyə qoşulub. Belarusun paytaxtı Minskdə keçirilən turnirdə Rahil Məmmədli (91 kq) ilk qarşılaşmasına çıxıb.

1/16 final çərçivəsində baş tutan qarşılaşmada təmsilçimiz bolqarıstanlı Radoslav Panteleyevlə üz-üzə gəlib. Döyüşdən məğlub ayrılan boksçumuz Avropa Oyunlarında mübarizəni dayandırıb.

Qeyd edək ki, bunadək rinqə çıxan Tayfur Əliyev 1/8 finala adlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası