15 Dekabr 2018, Şənbə - 18:07

Azərbaycan çempionatı: İlk günün döyüşləri yekunlaşıb

Bu gün kişi boksçular arasında Azərbaycan çempionatına start verilib. 28 komandanın 138 idmançısının qatıldığı yarışın ilk günündə 27 döyüş baş tutub.
Belə ki, 56 kq, 60 kq, 64 kq, 69 kq, 75 kq, 91 kq və +91 kq çəki dərəcələrində ilkin qarşılaşmalar olub və növbəti mərhələyə vəsiqə qazanan idmançıların adlarına aydınlıq gəlib. Yığma üzvü Məhəmməd Abdullayev ilk döyüşündə asan qələbə qazanıb. O, II raundun gedişində rəqibi mübarizəni davam etdirə bilmədiyindən rinqdən qalib ayrılıb.
Qeyd edək ki, ölkə çempionatının təqvimində dəyişiklik edilib. Boks Mərkəzində keçirilən yarış 5 gün deyil, 6 gün olacaq. Bu səbəbdən də finallar dekabrın 1-də baş tutacaq.
Çempionatda ikinci günün döyüşləri saat 14:00-da başlanacaq.

Azərbaycan çempionatı
I günün nəticələri
56 kq

Təbriz Şirvani (“Gömrükçü” İK) – Polad Hüseynov (Z-1) – 2:3
Abdurəhman Şirinov (BFL) – Elvin Əliyev (MOİK) – birinci tam üstünlüklə qalib gəlib

60 kq

Ümid Bayramov (Ağdaş) – Kənan Kazımov (“Gömrükçü” İK) – 1:4
Vüsal Verdiyev (“Qəbələ” İK) – Cavid Hüseynov (Qəbələ) – birinci tam üstünlüklə qalib gəlib
Ceyhun Abdulhüseynov (Quba) – Malik Həsənov (DİN İK) – 0:5

64 kq

Seymur İsayev (“Gömrükçü” İK) – Anar Hüseynov (“Neftçi” İK) – birinci tam üstünlüklə qalib gəlib
Rəsul Əsgərov (“Qızıl əlcək” İK) – Zobeh Şəmiyev (Masallı) – birinci tam üstünlüklə qalib gəlib
İsmayıl Cəfərov (Cəlilabad) – Elvin Qarayev (“Neftçi”) – 0:5
Şamil Həbibov (BFL) – Fərhad Zeynalov (“Kür” İK) – birinci tam üstünlüklə qalib gəlib
Sərxan Əhmədov (“Sədərək” İK) – Elnur Əliyev (DİN İK) – ikinci nokautla qalib gəlib

69 kq

Səbuhi Abışov (MOİK) – Şəmistan Novruzov (“Orion” İK) – 5:0
Elnur Süleymanov (“Sədərək” İK) – Emil Novruzov (BFL) – 4:1
Coşqun Əliyev (Şəmkir) – Kamran Qəhrəmanov (DİN İK) – 0:5
Turan Sadıqov (“Lokomotiv” İC) – Nicat Həsənov (“Qızıl əlcək” İK) – 0:5
Yuriz Allahverdiyev (Naxçıvan) – Xəyyam Məmmədov (“Orion” İK) – 0:5
Hidayət Musayev (BFL) – Nəriman Məmmədzadə (Lənkəran) – birinci tam üstünlüklə qalib gəlib

75 kq

Ümid İsgəndərov (Sumqayıt) – Ramal Aslanov (“Sədərək” İK) – birinci döyüşü davam etdirməkdən imtina edib
Hacı Dilbazov (“Qəbələ” İK) – Elgün Abdullayev (DİN İK) – 0:5
Daşqın Feyzullayev (“Kür” İK) – Elmar Abdullayev (“Səbail” İK) – 0:5
İsmət Quliyev (BFL) – Məhəmməd Hacıyev (BFL) – 0:5
Şirxan Məmmədov (“Səbail” İK) – Asim Quliyev “Neftçi” İK) – birinci tam üstünlüklə qalib gəlib
Amin Kərimli (“Gömrükçü” İK) – Fərid Qəribov (“Qızıl əlcək”) – birinci tam üstünlüklə qalib gəlib

91 kq

Sürət Qarayev (“Gömrükçü” İK) – Babək Xanlarov (“Gömrükçü” İK) – ikinci döyüşü davam etdirməkdən imtina edib
Musa Abdullayev (“Gömrükçü” İK) – Yusif Məmmədov (BFL) – 2:3
Cəlal Cəmilov (Maştağa Olimpiya İdman Kompleksi) – Rövşən Yaqubzadə (“Qəbələ” İK) – birinci döyüşü davam etdirməkdən imtina edib

+91 kq

Məhəmməd Abdullayev (BFL) – Rauf Hacıyev (Sumqayıt) – ikinci döyüşü davam etdirməkdən imtina edib
Cəfər Qasımov (“Neftçi” İK) – Arzuman Əliyev (BFL) – birinci görüşə gəlməyib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası