17 Dekabr 2017, Bazar - 12:01

2024 və 2028-ci il Yay Olimpiya Oyunlarının ev sahibləri dəqiqləşib

2024 və 2028-ci ildə Yay Olimpiya Oyunlarını təşkil edəcək şəhərlər müəyyənləşib. Beynəlxalq Olimpiya Komitəsi bu barədə rəsmi qərarı Perunun paytaxtı Limada keçirilən 131-ci sessiyasında verib.

Qərara əsasən 2024-cü ildə Olimpiadanı Fransa paytaxtı Paris qəbul edəcək. Növbəti 4 illiyin ən möhtəşəm yarışı isə ABŞ-da baş tutacaq. Olimpiyaçılar 2028-ci ildə Los-Ancelesdə bir araya gələcəklər.

Qeyd edək ki, 2020-ci ildə Yay Olimpiya Oyunları Yaponiyanın paytaxtı Tokioda olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası