18 Aprel 2021, Bazar - 10:01

2023-cü ildə keçiriləcək dünya çempionatının ev sahibi bəlli olub

Kişi boksçular arasında 2023-cü ildə təşkil olunacaq dünya çempionatının yeri bəlli olub. Bunu AİBA-nın prezidenti Umar Kremlyov açıqlayıb.

O bildirib ki, 2023-cü ildə keçiriləcək mundiala Özbəkistan ev sahibliyi edəcək. Yarış bu ölkənin paytaxtı Daşkənddə olacaq.

Dünya çempionatının keçirilmə tarixi hələ dəqiqləşməyib.

Qeyd edək ki, 2021-ci ilin dünya çempionatı Serbiyanın paytaxtı Belqradda keçirilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası