30 Sentyabr 2022, Cümə - 12:54

2 boksçumuz beynəlxalq turnirdə finala vəsiqə qazanıb

Serbiyanın Subotitsa şəhərində gənc boksçular arasında beynəlxalq turnirdə yarımfinal döyüşləri keçirilib. 21 ölkədən 189 idmançının mübarizə apardığı yarışda Azərbaycan millisinin 2 üzvü finala yüksəlib.

Kənan Babayev (48 kq) hindistanlı Tali Tabanın ardınca qazaxıstanlı Uslam Seksenbayevi də məğlub edib. Avropa çempionumuz döyüşü yenə 5:0 (29:28, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə aktivinə yazıb. O, finalda Vişvanat Sureşlə (Hindistan) üz-üzə gələcək.

Millimizin ən ağır çəkili boksçusu Səbuhi Əlizadə (+92 kq) də komanda yoldaşının uğurunu təkrarlayıb. 1/4 finalda Mikita Maliutaya (Ukrayna) qalib gələn təmsilçimiz yarımfinalda İvan Yermolenko (Qazaxıstan) üzərində də qələbə qazanıb – 4:1 (29:28, 28:29, 28:29, 28:29, 28:29). Əlizadə finalda Aleksandr Zelinski (Ukrayna) ilə döyüşəcək.

Anke (Hindistan) və Mobir Trbiçi (Fransa) mübarizədən kənarlaşdıran Daniel Xolostenko (71 kq) finala gedən yolda qazaxıstanlı İslam Sovetovla münasibətinə aydınlıq gətirib. Rəqib mərhələ adladığından boksçumuz bürünc medalla kifayətlənib.

Denis Dahlla (Norveç) döyüşün taleyinin ilk raundda həll edən Fətəli İsmayılov (80 kq) isə yarımfinalda ukraynalı Vladislav Dudarla qarşılaşıb. Finala rəqib yüksəldiyindən həmyerlimiz 3-cü yeri tutub.

Qeyd edək ki, final döyüşləri sentyabrın 18-də olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası